“Qarabağ” – “Marsel” oyununa 8 mindən çox bilet satılıb

“Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.

“Köhlən atlar”ın Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, qarşılaşma üçün 8 mindən çox bilet alınıb.

Bilet satışı bu gün saat 11:00-dan sonra bərpa edilib.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.