“Qarabağ” – “Marsel” klubları arasında cavab oyununun biletləri fevralın 13-dən satışa çıxarılacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransanın “Marsel” klubları arasında keçiriləcək cavab oyununun biletləri fevralın 13-də satışa çıxarılacaq.

AZƏRTAC Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, saat 11:00-dan kassalarda olacaq biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir.

Biletləri Respublika stadionun kassalarından saat 11:00-dan 21:00-dək, “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopundan saat 11:00-dan 20:00-dək, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən saat 10:00-dan 22:00-dək almaq olar.

Eyni zamanda “Iticket.az”ın satış məntəqələrində və “iticket.az”da onlayn satış təşkil olunacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Qeyd edək ki, görüş saat 21:45-də başlanacaq.