Qarabağ məsələsi Azərbaycanın olduğu qədər, türk dünyasının da problemidir

Azərbaycanın tarixi torpağı olan Şuşa şəhərinin 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal olunması nəticəsində çox sayda günahsız azərbaycanlı əhali qətlə yetirilib, itkin düşüb, sağ qalanlar isə öz evlərini tərk etmək məcburiyyətində qalıblar.

AZƏRTAC xəbər verir ki, bu sətirlər İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin bəyanatında yer alıb.

Dərnəyin sədri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı, yazıçı-publisist Ziya Zakir Acarın imzası ilə yayılan bəyanatda Şuşanın işğalı zamanı azərbaycanlı əhaliyə qarşı törədilən hərbi cinayətin təfərrüatı barədə türkdilli oxuculara məlumat verilir. Diqqətə çatdırılır ki, Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhəri Azərbaycanın ən qədim mədəniyyət mərkəzidir. İşğal nəticəsində şəhər tar-mar edilib, buradakı tarixi və mədəni irs, eləcə də məscid və muzeylər məqsədli şəkildə dağıdılıb.

Bəyanat belə tamamlanır: “…Qarabağ məsələsi Azərbaycanın olduğu qədər, türk dünyasının da problemidir”.

ƏvvəlkiŞuşa – tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
NövbətiTəhsil Nazirliyi IV “Virtual əlaçı” bilik yarışmasına start verilir