“Qarabağ” futbol klubuna 5 milyon manat məbləğində vəsait ayrılıb

Dekabrın 13-də Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar “Qarabağ” futbol klubuna Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.