Qəzzanın şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırılıb

Qəzza zolağının şimalına 50 yük maşınından ibarət humanitar yardım çatdırılıb.

“Report”un məlumatına görə, bu barədə İsrail Ordusunun nümayəndəsi Aviçai Adrai “X” sosial şəbəkəsində bildirib.

Yük maşınları ərzaq, su və tibbi avadanlıqlarla yüklənib.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağı sakinlərinin anklavın cənubundan şimalına qayıtmasına icazə verməyəcəyini bildirmişdi, çünki bölgə müharibə zonası olaraq qalır.

Qeyd edək ki, İsrail və HƏMAS arasındakı müvəqqəti humanitar atəşkəsə əsasən, İsrail qaytarılan hər girov üçün üç fələstinli məhbusu azad etməlidir.

ƏvvəlkiDaşkənddə Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşü keçirilib
NövbətiŞəkidə görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileyi qeyd olunub