Qəzzada atəş nəticəsində 100-dən çox insan həlak olub

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında məskunlaşan ərazilərə silsilə hücumlar həyata keçirib.

“Report”un məlumatına görə, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. İlkin məlumata əsasən, 100-dən çox insan həlak olub.

Şahidlər hücumların Rafahın qərbindəki Tell-əs-Sultanda törədildiyini bildiriblər.

“Al Hadath” telekanalı isə qeyd edib ki, İsrailin Hərbi Dəniz Qüvvələri yanğınların baş verdiyi Qəzza dəniz limanını yenidən atəşə tutub.

ƏvvəlkiQazaxıstanda şaxtada qəza olub, ölənlər var
Növbətiİsrail HƏMAS-ın hava qüvvələrinin rəhbərini məhv edib