Prezidentdən metro ilə bağlı təklif: Acınacaqlı faktdır

Metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır.

Türk.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 4-də Prezident yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədəki son çıxışında deyib.

“Bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər”, – İ.Əliyev söyləyib.