Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri avqustun 10-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı fəxri qarovul dəstəsini salamladı.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Konya valisi Vahdettin Özkan və digər rəsmi şəxslər yola saldılar.

ƏvvəlkiAzərbaycan, İran və Rusiya beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər
NövbətiPrezident İlham Əliyev Əlcəzairin xarici işlər və xaricdəki milli icma nazirini qəbul edib