Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenkonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Pandemiyaya baxmayaraq, Bakıda yenidən təşkil olunan bu tədbirdə xeyli sayda nüfuzlu qonaqların iştirak etməsi Foruma və ölkəmizə olan marağın təzahürü kimi qiymətləndirildi.

Söhbət zamanı tədbir iştirakçıları arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi də məmnunluqla qeyd edildi.

 

ƏvvəlkiDSX-nin hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub
NövbətiMillət vəkili Tural Gəncəliyev ATƏT-də erməni deputatların yalanlarını ifşa edib