Prezident İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Rafal Poborski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Rafal Poborski dedi: Cənab Prezident, məni Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir olaraq akkreditə edən etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Zati-aliləri, ümid edirəm ki, mənim missiyam Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərini gücləndirəcək.

Rafal Poborski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

ƏvvəlkiYunan polisi suriyalı qaçqını öldürdü
NövbətiKoronavirus təhlükəsi “DÇ-2022”nin təşkili planına heç bir təsir etməyəcək