Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21- də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAzərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
NövbətiDİM qəbul imtahanlarının vaxtını dəyişib