Polşada “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələrinin toplantısı olub

“Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümü münasibətilə üzv ölkələrin nümayəndələri Polşanın Xeşuv şəhərində bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin Rusiyanı təmsil edən diplomatların iştirakı ilə keçirilən görüşdə ötən on ildə qazanılmış nailiyyətlər və onun perspektivləri müzakirə olunub.

Xeşuv Universitetində təşkil olunmuş tədbirin panellərində Qafqazın tarixi və cari problemləri, Avropa İttifaqının sözügedən regionun ölkələri ilə əlaqələri və ümumi işlər barədə fikir mübadilələri aparılıb.

ƏvvəlkiDTX Əfqanıstan, Pakistan və Suriyada təlim keçmiş terror dəstəsini zərərsizləşdirib
NövbətiTarixdə ilk dəfə açıq kosmosa çıxan insan vəfat edib