Peruda etirazçılar hava limanını bağlayıblar

Peruda etirazçılar bu dəfə ölkənin cənubunda yerləşən Arekipa şəhərində hava limanını ələ keçiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Aeropuertos Andinos del Peru” idarəedici şirkəti məlumat yayıb.

Bildirilib ki, etirazçılar keçid məntəqəsindəki köşkü yandırıblar, bu da hava limanının sərnişinlərin və işçilərin təhlükəsizliyini təhdid edir. Administrasiya sərnişinləri təxliyə edərək hava limanını bağlayıb.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
NövbətiPolad Bülbüloğlu Daşkənddə konsert verəcək