Peru dünya çempionatına ev sahibliyi etmək hüququnu itirib

Peru 17 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi etmək hüququnu itirib.

“Report”un məlumatına görə, bununla bağlı FIFA qərar qəbul edib.

Ali futbol qurumu ölkənin turnirin təşkili üçün lazım olan infrastrukturun yaradılması ilə bağlı öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən bu addımı atıb.

Qeyd edək ki, mundialın bu il noyabrın 10-dan dekabrın 2-dək keçirilməsi planlaşdırılır.

ƏvvəlkiAİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı 1 milyonluq mənimsəmədə ittiham olunur
NövbətiAprel şəhidlərinin xatirəsi anılıb