Paytaxtın Xəzər rayonunda birmərtəbəli ev yanıb

Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 80 kvadratmetr olan dördotaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində birmərtəbəli evin içərisindəki əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ƏvvəlkiBaş Prokurorluq erməni terroru ilə bağlı videoçarx hazırlayıb
Növbəti“Azəriqaz”: Əvvəlcədən ödənişli sayğaclarda 20 kubmetr həcmində kredit almaq mümkün olacaq