Paşinyanın Rusiyaya səfəri ləğv olundu

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv olunub.

“Report” xəbər verir ki, bu barədə məlumatı “news.am” yayıb.

Bildirilib ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşün əldə olunmaması olub.

Beləliklə, Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsinə razılıq əldə olunmayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb.