Paralimpiyaçılarımız Dünya Kubokunu 3-ü qızıl olmaqla, 5 medalla başa vurdular

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Para-Pauerliftinq üzrə Dünya Kuboku uğrunda yarışlar başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanı beynəlxalq idman tədbirində təmsil edən 5 idmançının hər biri medal qazanıb.

Elşən Hüseynov (107 kq) qızıl, Şamo Aslanov (107 kq-dan çox) qızıl, Leyla Kərimova (86 kq) 1 qızıl və 1 bürünc, Pərvin Məmmədov (49 kq) gümüş, Nurlan Babacanov (97 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov para-pauerliftinq üzrə hakim lisenziyası qazanan ilk azərbaycanlıdır. O, hakim qismində ilk dəfə Tbilisidəki Dünya Kubokunda çıxış edib.

ƏvvəlkiXalq artisti Həmidə Ömərovaya yeni vəzifə verilib
NövbətiAzərbaycanda koronavirus infeksiyasından daha 424 nəfər müalicə olunaraq sağalıb