Pakistanın Hərbi Dəniz Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan,  Banqladeş, Səudiyyə Ərəbistanı və Malayziya HDQ-nin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Tanışlıq səfəri çərçivəsində kontr-admiral Muştaq Ahmedin başçılıq etdiyi heyət Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.

ƏvvəlkiAtəşkəs rejimi 21 dəfə pozulub
NövbətiMDB Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən geniştərkibli iclası başa çatıb