Pakistanda törədilən iki terror aktı nəticəsində yeddi hərbçi ölüb

Pakistanın Bəlucistan əyalətində törədilən iki terror aktı nəticəsində yeddi hərbçi həlak olub.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, terror aktlarından birincisi əyalətin Maxa yaşayış məntəqəsində törədilib. Kustar üsulla hazırlanan bombanın sərhədçilərin avtomobilinə atılması nəticəsində 6 əsgər həyatını itirib.

Keçe məntəqəsində isə hərbçilərlə terrorçular arasında baş verən atışmada Pakistan ordusunun bir əsgəri öldürülüb.

ƏvvəlkiFransada “sarı jiletlilər”in lideri tutuldu
NövbətiMilli Məclisin yaz sessiyasının sonuncu iclasının vaxtı açıqlandı