Pakistanda partlayış nəticəsində azı 5 hərbçi həlak olub

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində əldəqayırma partlayıcının işə düşməsi nəticəsində azı 5 Pakistan ordusunun əsgəri həlak olub.

Trend xəbər verir ki, bu barədə bazar günü ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata əsasən, insident vilayətin şərqində yerləşən Kəhan kəndi ərazisində baş verib. Bu kənddə Pakistanın Silahlı Qüvvələri dekabrın 24-dən terrorçulardan təmizləməyə çalışır.

Hücuma görə məsuliyyəti Pakistanda qadağan olunmuş “Bəlucistan Qurtuluş Ordusu” öz üzərinə götürüb.