Pakistan parlamenti aprelin 11-də yeni baş naziri seçəcək

Pakistan parlamenti aprelin 11-də yeni baş naziri seçəcək.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan parlamentinin Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasından olan vitse-spikeri Ayaz Sadiq bildirib.

Onun sözlərinə görə, vakant baş nazir vəzifəsinə namizədlər gün ərzində lazımi ərizəni parlamentin sədrinə təqdim etməlidirlər.

Qeyd olunur ki, adıçəkilən vəzifəyə ən real namizəd Müsəlman Liqası-Nəvaz partiyasının sədri Şahbaz Şərifdir.

ƏvvəlkiFransada təyyarə təcili eniş edib, ölənlər var
NövbətiCüdo üzrə Bakı şəhər birinciliyinə yekun vurulub