Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və mülki əhaliyə hücumlarını qəti pisləyən qətnamə qəbul edib

Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, 2012-ci il fevral ayının 1-də Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ilin fevral ayının 2-də isə Pakistan Milli Assambleyasının Xarici İşlər üzrə Daimi Komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib.

Qətnamə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

ƏvvəlkiPrezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
NövbətiBMT Bərdənin yaşayış yerlərinin atəşə tutulmasını qınayıb