Pakistan əsir pilotu Hindistana təhvil verib

Pakistan iki gün əvvəl Kəşmir üzərində vurduqları Hindistana məxsus “MİQ-29” qırıcı təyyarəsinin əsir aldıqları pilotu Əbhinandan Vərthamanı vətəninə qaytarıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Hindistanla Pakistan sərhədinin Pəncab sahəsində yerləşən Vəgəh Əttari buraxılış məntəqəsinin Hindistan tərəfində toplaşan yüzlərlə sakin tərəfindən qəhrəman kimi qarşılanan pilotun daha sonra yaxınlıqdakı Əmritsar hava limanından paytaxt Dehiyə xüsusi təyyarə ilə yola salınacağı bildirilir.

Xatırladaq ki, ötən gün Pakistanın Baş naziri İmran Xan “sülh işarəsi” olaraq əsir pilotu azad etməyə hazır olduqlarını açıqlamışdı.

ƏvvəlkiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə görüşüblər
NövbətiBank sektoru prezidentin son fərmanından ikiqat qazanacaq