Özbəkistanın XİN başçısı Azərbaycana səfərə hazırlaşır

Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 6-da Bakıda keçiriləcək Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edəcək.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər zamanı Nazirlər Şurasında iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Türk Şurası müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Onun əsas məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu il oktybarın 3-də Naxçıvan şəhərində yaradılıb.

Hazırda Şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

ƏvvəlkiƏmanətlərin Sığortalanması Fondunun rəhbəri cərimələndi
Növbəti“Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşri ilə bağlı fəaliyyət proqramı hazırlanacaq