Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək

Özbəkistanın dövlət orqanlarında kağız üzərində sənədləşmə ləğv ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Sənədə görə, 2021-ci il yanvarın 1-dən Özbəkistanın dövlət orqanları və təşkilatları mərhələ-mərhələ avtomatlaşdırılmış hesabat sisteminə keçəcəklər.

Təşkilatların rəhbərləri sənədləşmənin və hesabatların elektron qaydada aparılmasına şəxsən məsuliyyət daşıyacaqlar.

Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, 2020-ci il martın 1-dək dövlət orqanları və təşkilatlarının rəhbərlərini, habelə bütün əməkdaşları elektron rəqəmsal imzalarla təmin etsin.

Bundan başqa, Prezident yanında Dövlət İdarəetmə Akademiyası iki ay ərzində vaxtdan səmərəli istifadə, bürokratiyanın, süründürməçiliyin aradan qaldırılması üzrə tədris proqramı hazırlamalıdır.

ƏvvəlkiAtəşkəs rejimi 21 dəfə pozulub
NövbətiGürcüstandan Azərbaycana keçmək istəyən çobanın itləri sərhədçilərə hücum edib, yaralanan var