Özbəkistanda Ramazan ayı karantin qaydalarının gücləndirilməsi ilə aprelin 13-də başlayır

Özbəkistanda Ramazan ayı milli adət-ənənələrə uyğun olaraq və karantin qaydalarının gücləndirilməsi ilə aprelin 13-də başlayır.

AZƏRTAC Özbəkistan Müsəlmanları İdarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə yoluxma sayı az olduğundan ciddi qadağalar tətbiq olunmur, bununla belə məscidlərə giriş zamanı antiseptiklərdən istifadə, sosial məsafə saxlamaq və maska taxmaq mütləqdir.

Məlumatda qeyd edilir ki, vaksin qida maddəsi sayılmadığından Ramazan ayı müddətində COVID-19 koronavirusuna qarşı peyvənd etmək olar.

ƏvvəlkiPrezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda iştirak edir
NövbətiAzərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub