Özbəkistanda koronavirusdan ikinci adam dünyasını dəyişib

Özbəkistanda yeni koronavirusa (COVID-19) yoluxanlardan ikinci adam dünyasını dəyişib. Xatırladaq ki, ölkədə ilk ölüm faktı martın 27-də qeydə alınmışdı.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə koronavirus ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkarlanıb.

Onu da deyək ki, bugünkü məlumata görə ölkədə koronavirusa yoluxanların sayı 104 nəfərdir.

Hazırda ölkədə xəstəxana və ev şəraitində karantində 65 min 511 adam var.

ƏvvəlkiHeydər Əliyev Beynəlxalq Aeroportu açıqlama yayıb
NövbətiPaytaxtda soyğunçuluq edən dəstə üzvləri tutulublar