Özbəkistanda əhali sayı 35 milyona çatıb

Aprelin 1-nə olan məlumata görə, Özbəkistanın əhalisi 34,7 milyon nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin əvvəlindən ölkə əhalisi 136,7 min nəfər artıb. Bildirilir ki, artım bu səviyyədə qalsa, ilin sonunadək əhalinin sayı 35 milyonu ötəcək.

Məlumatda qeyd olunur ki, hazırda ölkədə 17,2 milyon qadın, 17,5 milyon kişi yaşayır.

Əhalinin sıxlığına görə Səmərqənd vilayəti birinci yerdədir (4 milyon), Fərqanədə 3,8 milyon, Qaşqadərya vilayətində 3,3 milyon nəfər yaşayır.

ƏvvəlkiPrezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi
NövbətiTəhsil eksperti Bakının özəl orta məktəblərinin qiymətlərini açıqladı