Özbəkistan Prezidenti “Togg”u sınaqdan keçirib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin ilk elektrik avtomobili “Togg”u sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Özbəkistanın dövlət başçısına yeni elektromobilin açarları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından bu ölkənin sənaye və texnologiya naziri Mustafa Varank tərəfindən təqdim olunub.

Xatırladaq ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türkiyənin ilk elektrik avtomobili “Togg” təqdim olunub.

ƏvvəlkiTarif Şurasının tərkibi genişləndirilib
NövbətiQəbələdə Yengicə su anbarı tikiləcək