OPEC+ ölkələri gələn il üçün hasilatın səviyyəsi ilə bağlı razılığa gəliblər

OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsi ilə bağlı razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın yaydığı məlumatda bildirilib.

“OPEC-ə üzv və qeyri-üzv ölkələr üçün ümumi xam neft hasilatının səviyyəsi gələn ilin yanvarın 1-dən dekabrın 31-dək sutkada 40,46 milyon barelə çatdırılsın”, – deyə məlumatda bildirilir.

Ümumilikdə, hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.

ƏvvəlkiCeyhun Bayramov Türkiyənin yeni XİN rəhbərini təbrik edib
NövbətiFormula 1 İspaniya Qran-Prisinin qalibi məlum olub