OPEC+ Monitorinq Komitəsinin iclası keçirilib

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv ölkələrin (OPEC+) Monitorinq Komitəsinin iclası keçirilib.

“Report” xəbər verir ki, bu barədə “TASS”a üç mənbədən məlumat verilib.

İclas iki saat davam edib və neft hasilatı səviyyəsi ilə bağlı tövsiyə olmadan yekunlaşıb.

Agentliyin digər iki həmsöhbəti də bunu təsdiqləyib və bildiriblər ki, məsələ yaxın dəqiqələrdə başlayacaq OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 13-cü videogörüşündə müzakirə ediləcək.

ƏvvəlkiRusiya Azərbaycana minatəmizləyən heyət göndərib
NövbətiBakı-Ələt yolunda böyük tıxac yaranıb