Ölkədə hava yenidən soyuyacaq

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 17-si axşamadək Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, bəzi yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək, cənub-qərb küləyi ilə əvəzlənəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 metr/saniyəyə çatacaq. Havanın temperaturu yanvarın 17-də günün birinci yarısında 1-3° isti, axşama doğru 0-1° şaxta olacaq.

Azərbaycanın rayonlarında yanvarın 16-sı axşamdan 17-si axşamadək əsasən cənub və şərq rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yaxın günlər ərzində fasilələrlə arabir güclənən şimal-qərb küləyinin cənub-qərb küləyi ilə əvəzlənəcəyi ehtimal edilir. Küləyin maksimal sürəti arabir 23-28 metr/saniyəyə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı bildirilir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 710 yoluxma faktı qeydə alınıb
NövbətiGəncə Uşaq Evinin məzunu Günay Vəliyevanın toy mərasimi keçirilib