Noyabrın 29-da Azərbaycanda COVID-19 əleyhinə 398 doza vaksin vurulub

Noyabrın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 398 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 108, ikinci doza vaksinlərin sayı 48, üç və daha çox doza vaksinlərin sayı 196, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 46-dır.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 921 min 785, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 645, ikinci mərhələ üzrə 4 milyon 873 min 832, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 410, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 898-dir.