Nikolas Maduro öz istefası barədə referendum keçirməyə hazırdır

Venesuela Prezidenti Nikolas Maduro vaxtından əvvəl istefaya getməsi ideyasının tərəfdarlarının yetərincə qədər imza toplayacağı təqdirdə 2022-ci ildə bununla bağlı referendum keçirməyə hazır olduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, Nikolas Maduro bunu dövlət televiziyasının efirində deyib. “2022-ci il yanvarın 10-da dövlət başçısının səlahiyyətlərinin dayandırılması barədə referendumun keçirilməsi üçün imza toplamaq olar. Arzu edənlər imza yığmaq üçün küçələrə çıxa bilərlər”, – deyə 2019-cu il yanvarın 10-da prezident seçilən və səlahiyyətləri 2025-ci ildə bitəcək Venesuela lideri bildirib.

Nikolas Maduro bu il Milli Assambleya (müxalifətin nəzarət etdiyi birpalatalı parlament), 2021-ci ildə isə bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb.

Venesuela konstitusiyasına əsasən, dövlət başçısı vəzifəsinin müddəti yarıya çatdıqdan sonra prezidentin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması barədə referendum keçirmək mümkündür.

ƏvvəlkiBakıda narkotik vasitələrin alveri ilə məşğul olan şəxslər saxlanılıblar
Növbəti“E-Təbib” mobil tətbiqi vasitəsilə icazə qaydaları müəyyənləşdi