Nikol Paşinyan Moskvaya səfərə gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

O, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək.

N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.

ƏvvəlkiÇexiya Nazirlər Kabineti 250-yə yaxın PDM alınmasını təsdiqləyib
NövbətiBMT İranı məcburi hicab qaydalarının pozulmasına görə cəzaları ləğv etməyə çağırıb