Niderlandda poçt məntəqələri hədəfə alındı

Niderlandın iki şəhərində poçt məntəqələrində partlayışlar baş verib.

Trend-in məlumatına görə, partlayışlar paytaxt Amsterdamda və Kerkrade şəhərinin poçt məntəqələrində qeydə alınıb.

Bildirilir ki, hər iki məntəqəyə göndərilən bağlamaların içindəki partlayıcı qurğular işə düşüb.

Hadisə zamanı xəsarət alanların olmadığı deyilir.

Hazırda hadisənin motivləri və ya mümkün əlaqəsi ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, bundan əvvəl poçt məntəqələri bir neçə dəfə təhdid məktubları alıb.

ƏvvəlkiPrezident İlham Əliyev Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib
NövbətiGülər Əhmədovanın oğlu saxlanıldı