Netanyahu: İsrail İordaniya ilə sərhəddə hasarlar quracaq

İsrail İordaniya ilə sərhəddə hasarlar quracaq.

“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu teleqramda bildirib.

“Biz Misirlə cənub sərhədində hasarlar qurduq və qanunsuz miqrantların İsrailə girişini dayandırdıq. Bu, ölkəmizi məhv edə biləcək Afrikadan bir milyondan çox qanunsuz miqrantların ölkəyə girişinin qarşısını aldı.

İndi biz İordaniya ilə şərq sərhədində hasarlar quracağıq və o bölgədən də sızmanın qarşısını alacağıq.

Sərhədlərimizi qoruyacağıq – ölkəmizi qoruyacağıq!”, – siyasətçi qeyd edib.

ƏvvəlkiZelenski Ukraynanın müdafiə naziri postuna Rüstəm Umerovu təklif edib
Növbətiİsrail ABŞ-dən daha 25 ədəd F-35 istəyir