Neftin qiyməti artmaqda davam edir

Etalon markalı neftin dünya qiymətləri bazardakı vəziyyətə təsir edən bir neçə amil səbəbindən fəal şəkildə artmaqda davam edir.

Türk.az xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən onlayn hərracların nəticələri deməyə əsas verir.

Londonnun “ICE Futures” birjasında “Brent” markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 08:00-a olan vəziyyətə görə, bir barrel üçün 79,39 dollar təşkil edib.

Öz növbəsində Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 69,85 dollara bərabər olub.

Analitiklər qeyd edir ki, neftin qiymətləri Liviyada neft hasilatı üçün risklər, İrandan tədarüklərin kəskin azalması ilə bağlı uzunmüddətli narahatlıqlar, həmçinin ABŞ sahillərinə yaxınlaşmaqda olan “Florens” qasırğasının güclənməsi ilə bağlı xəbərlər səbəbindən qalxır.

ƏvvəlkiAvropadan ilk şirkət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub
NövbətiHemofiliyalı xəstələrə dərmanlar elektron resept əsasında veriləcək