Neftçalada kollektorda batan ata və oğlunun meyiti tapıldı

Neftçala rayonunda su kanalında batan ata və oğulun meyiti sudan çıxarılıb.

“Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında rayon ərazisində Baş Mil-Muğan kollektorunda boğulan rayonun Astanlı kənd sakinləri – Əsgərov Nurlan Aslan oğlu və onun 5 yaşlı oğlu Əsgərov Aslan Nurlan oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, onlar kollektorda balıq tutarkən boğulublar.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiSərnişinlərin nəzərinə!
NövbətiBu həftə Azərbaycanda dövlət muzdlu işçilərə ödənişə başlayır