Nazpəri Dostəliyevanın oğlu vəfat edib

Xalq artisti Nazpəri Dostəliyevanın oğlu dünyasını dəyişib.

Bu barədə “Report”a Xalq artistinin ailəsindən məlumat verilib.

Bildirilib ki, sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!