Nazirdən yüksək vəzifəyə təyinat

“Azərkosmos” ASC-nin Marketinq Departamentinin rəhbəri Aysel Soltanova vəzifəsindən ayrılıb.

Türk.az Report-a istinadən xəbər verir ki, o, bundan sonra öz fəaliyyətini “Baktelekom” MMC-də davam etdirəcək.

Məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin əmri ilə A.Soltanova “Baktelekom” MMC-nin baş direktorunun müavini təyin edilib.

Qeyd edək ki, ötən ayın əvvəlində Nail Mərdanov da bu qurumda eyni vəzifəyə təyin edilmişdi.