Naxçıvanda toy keçirilən restoranda yanğın olub, qonaqlar təxliyə edilib

Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

“Report”un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən restoranda yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

ƏvvəlkiABŞ Çinin 3 şirkətinə qarşı sanksiya tətbiq edib
NövbətiPrezident İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib