Naxçıvanda intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb

Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bəzi fərdi evlərin və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

ƏvvəlkiXəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb
NövbətiDağlıq ərazilərdə qarın yarada biləcəyi fəsadlar aradan qalxmayıb