Naqil oğruları yaxalanıblar

Ağsu rayonunda elektrik dirəklərindən naqilləri kəsərək oğurlayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 8-də Ağsu Rayon Polis Şöbəsinə rayonun Pirhəsənli kəndi ərazisində elektrik dirəklərindən naqillərin kəsilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının apardıqları əməliyyat–axtarış tədbirləri nəticəsində 5 dayaq arasındakı xətləri kəsərək oğurlamağa cəhd göstərən 2 nəfər yaxalanıb. Hər iki şəxs saxlanılaraq maddi sübutlarla birlikdə polis şöbəsinə gətirilib.

Oğruların şəxsiyyəti müəyyənləşdirilib. Onların əvvəllər də məhkum olunan Pirhəsənli kənd sakinləri Səlim Nazimov və İmran Pirverdiyev olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb.

Əvvəlkiİran Ukrayna təyyarəsinin raketlə vurulması ilə bağlı iddiaları təkzib edib
NövbətiPolşanın bəzi inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub