Naqif Həmzəyev: İnsanlara yardımçı olmaq vətəndaşlıq və vicdan borcumuzdur

Biz, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə online toplantı keçirdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq. 

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib. 

“Bugünlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur”-deyə, millət vəkili əlavə edib.