Muzdla çalışan işçilәrin orta aylıq әmәkhaqqı artıb

Bu ilin yanvar-avqust aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 20,5 faiz artaraq 710,2 manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmәkhaqqı neft-qaz sektorunda 3443,8 manat, qeyri neft-qaz sektorunda 650,9 manat olub. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 625,4 manat, özәl müәssisәlәrdә isә 817,9 manatdır. Mәdәnçıxarma sәnayesindә, maliyyә vә sığorta fәaliyyәti, peşә, elmi vә texniki fәaliyyәt, informasiya vә rabitә, elәcә dә nәqliyyat vә anbar tәsәrrüfatı sahәlәrindә orta aylıq nominal әmәkhaqqı ölkә üzrә orta göstәricidәn yüksәk olub.

ƏvvəlkiTürk Şurasından Azərbaycana dəstək
NövbətiDünyada ilk dəfə e-rezidentlər rəqəmsal imza ilə siyasi petisiya imzalayıb