Müharibədən sonra mina qurbanlarının sayı 291-ə çatıb

Aprelin 18-də Tərtər rayonunda baş verən mina partlayışı nəticəsində mülki vətəndaş xəsarət alıb və nəticədə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 291 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

Bildirilib ki, Ermənistanın basdırdığı minaları Azərbaycan vətəndaşlarını öldürməyə və şikəst etməyə davam edir. Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir.

ƏvvəlkiCeyhun Bayramov Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə telefonla danışıb
NövbətiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibi seçildi