Mühəndis Qoşunlarının yeni inşa edilmiş mühəndis infrastrukturu istifadəyə verilib

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov Mühəndis Qoşunlarının yeni inşa edilmiş mühəndis infrastrukturunun açılışında iştirak edib.
General-leytenant F.Məmmədov hərbi hissədə yeni inşa edilmiş əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Mühəndis qoşunlarının hissə və bölmələrində döyüş hazırlığının təşkili və aparılması, mühəndis-istehkam bölmələrinin taktiki-xüsusi, xüsusi və texniki hazırlığının yüksək səviyyədə saxlanılması üçün yeni mühəndis şəhərciyi və mühəndis texnikalarının sürücülük sahəsi də hazırlanaraq istifadəyə verilib.

Qeyd olunub ki, yaradılan şərait Mühəndis Qoşunlarının hissə və bölmələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək.

ƏvvəlkiAtəşkəs rejimi 27 dəfə pozulub
NövbətiHHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsinin açılış mərasimi keçirilib