Müdafiə Nazirliyi hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölümü ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiAzərbaycan və Türkiyə müdafiə nazirləri hər iki ölkə ordularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin birgə fəaliyyətlərini izləyiblər
NövbətiVətən müharibəsində şəhid olan tələbənin adı Türkiyədə əbədiləşdirilib