Müdafiə naziri: “Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır”

“Rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh danışıqlarını qəsdən yubadır”.

“Report” xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 6-da Litvanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşdə deyib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

ƏvvəlkiOqtay Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə göndərilib
NövbətiAzər Qasımlı: “Mən ReAl-dan yox, İlqar Məmmədovun avtoritar partiyasından gedirəm”